Mərkəzi Seçki Komissiyasının iclası
keçirilmişdir
İyunun 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə komissiyanın 2010-cu il 22 aprel, 6 may, 20 may və 26 may tarixli iclaslarının protokolları təsdiqlənmişdir.
Sonra Mərkəzi Seçki Komissiyası 13 saylı Əzizbəyov birinci və 14 saylı Əzizbəyov ikinci seçki dairələrinin müvafiq olaraq 13 saylı Xəzər birinci və 14 saylı Xəzər ikinci seçki dairələri adlandırılması barədə qərar qəbul etmişdir.
İclasda 4 saylı Naxçıvan şəhər, 70 saylı Masallı şəhər, 80 saylı İmişli - Beyləqan və 122 saylı Xankəndi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər barədə də qərar qəbul olunmuşdur.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda Milli Demokratiya İnstitutunun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
AzərTAc
Azərbaycan.- 2010.- 3 iyun- S.
7.