Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət

 

Azərbaycanda rəsmi səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko iyunun 3-də Fəxri xiyabana gəlmişdir.

Belarus dövlətinin başçısı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla andı, ulu öndərin məzarı önünə əklil qoydu.

Ali qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad etdi, məzarı üzərinə gül dəstəsi düzdü.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-4 iyun.- S. 2.