Şəhidlərin xatirəsinə
ehtiram
Azərbaycanda rəsmi səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko iyunun 3-də Şəhidlər xiyabanını ziyarət etmişdir.
Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident Aleksandr Lukaşenko "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Belarusun və Azərbaycanın dövlət himnləri səsləndi.
AIi qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.
Prezident Aleksandr Lukaşenko Azərbaycan paytaxtının mənzərəsini
seyr etdi.
AzərTAc
Azərbaycan.- 2010.- 4 iyun- S.
2.