Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Cənab Prezident!
Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Azərbaycan xalqına ən xoş arzularla sülh və rifah, şəxsən Sizə isə möhkəm cansağlığı, fəaliyyətinizdə böyük müvəffəqiyyətlər diləməkdən məmnunam.
Xüsusi razılıqla qeyd edirəm ki, ötən il əldə olunan və ikitərəfli münasibətlərimizin daha yüksək səviyyəyə qaldırılmasına imkan yaradan, strateji tərəfdaşlıq haqqında razılaşma əməkdaşlığımızın bütün sahələrdə yüksələn xətlə inkişafına şərait yaratdı. Enerji sektorunda qurulmuş işbirliyi qarşılıqlı əlaqələrimizin mükəmməlliyini nümayiş etdirir. Müzakirə etdiyimiz layihələrin konkretləşdirilməsi Azərbaycan Respublikasının Rumıniyanın və Avropanın enerji təhlükəsizliyində strateji əhəmiyyətinə olan inamımı ancaq gücləndirə bilər.
Sizi əmin etmək istəyirəm ki, Rumıniya Azərbaycan Respublikasının daimi tərəfdaşı olaraq qalır və bu, qarşımıza Azərbaycan Respublikası ilə Avropa və Avratlantika strukturları arasında daha sıx əlaqələr üçün yeni imkanları müəyyən etmək vəzifəsini qoyur.
Eyni zamanda, bütövlükdə Qara
dəniz regionunda mövcud olan, o cümlədən Dağlıq
Qarabağ kimi uzun müddət həllini gözləyən
münaqişələrin dinc
yolla nizamlanması prosesində suverenlik, müstəqillik, ərazi
bütövlüyü və
sərhədlərin toxunulmazlığı
kimi prinsiplərə Rumıniyanın sadiqliyinə
əmin ola bilərsiniz.
Cənab Prezident, bir daha Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə təbriklərimi çatdırır, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Trayan BESESKU,
Rumıniyanın Prezidenti
Azərbaycan.- 2010.- 4 iyun- S.
3.