Akademik Ramiz Mehdiyevin "Fəlsəfə" kitabının ikinci nəşri çapdan çıxmışdır

 

"Fəlsəfə insan biliyinin ən qədim sahələrindən biri, dünyagörüşü xarakterli problemlərin qoyuluşuna həllinə yönəlmiş mənəvi fəaliyyətin xüsusi sahəsidir. Bizim eradan əvvəl VII-VI əsrlərdə Hindistanın, Çinin Qədim Yunanıstanın böyük filosoflarının fəaliyyəti sayəsində yaranmış fəlsəfə ictimai şüurun əsas formalarından birinə, dünya onun dərk edilməsi haqqında ən ümumi anlayışlar sisteminə çevrilmişdir".

Bu sətirlər görkəmli filosof alim akademik Ramiz Mehdiyevin "Şərq-Qərb" nəşriyyatında yenicə çapdan çıxmış "Fəlsəfə" kitabının ikinci nəşrindən götürülmüşdür. Akademik R.Mehdiyevin bu kitabı Təhsil Nazirliyi tərəfindən ali məktəblər üçün dərs vəsaiti kimi tövsiyə olunmuşdur.

Kitabda müstəqil elmi fənn insanların mənəvi fəaliyyət sahəsi olan fəlsəfənin sistemli təhlili, onun mövzusu, metodları, məqsəd vəzifələri, baza anlayışları, kateqoriyaları cərəyanları haqqında geniş söhbət açılır. Dərslikdə fəlsəfəyə girişlə yanaşı, fəlsəfənin, o cümlədən Şərq fəlsəfəsinin tarixi, müasir fəlsəfənin əsasları, habelə tarix fəlsəfəsi siyasi fəlsəfə geniş elmi əsaslarla şərh edilmişdir. Müəllif qədim orta əsrlər Azərbaycan fəlsəfəsinin problemlərini, XIII-XX əsrlərdə milli fəlsəfi fikrin təşəkkülünü ayrıca nəzərdən keçirmişdir.

Filosof alim yazır ki, fəlsəfə biliyin ən humanist nəzəri formasıdır. O, insanla xüsusi dildə danışır, ona kim olduğunu, insani ləyaqət vəzifənin nədən ibarət olduğunu, onun cəmiyyətə, təbiətə, bütün kainata münasibətdə bir insan kimi hüquq vəzifələrinin nədən ibarət olmasını izah edir.

Bu fundamental əsər tələbələr, müəllimlər, fəlsəfə problemləri ilə maraqlanan bütün oxucular üçün nəzərdə tutulmuşdur.

Kitabın ikinci nəşri ali məktəblərin müəllim tələbə heyətinin xahişi ilə hazırlanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-4 iyun.- S. 3.