Böyük Britaniyanın nüfuzlu "The Parliament" jurnalı Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbərinin məqaləsini dərc etmişdir

 

Böyük Britaniyanın nüfuzlu "The Parliament" jurnalı Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri Emin Eyyubovun "Azərbaycan-Avropa İttifaqı: Regional münaqişənin maneə olduğu perspektivli tərəfdaşlıq" sərlövhəli məqaləsini dərc etmişdir. AzərTAc həmin məqaləni oxuculara təqdim edir.

Azərbaycan Avropa İttifaqı arasında əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin prioritetidir. Azərbaycan Avropa İttifaqına iqtisadi, sosial humanitar sahələrin uğurlu inkişafının səmərəli modeli kimi baxır. Praqmatik xarici siyasət yürüdən suveren Azərbaycan Respublikası ikitərəfli əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi, siyasi təhlükəsizlik dialoqunun gücləndirilməsi, ölkədə bütün sahələrin modernləşdirilməsi məqsədi ilə həyata keçirilən islahatlara dəstək verilməsi ilə bağlı Avropa İttifaqının bütün təşəbbüslərini alqışlayır.

Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu ilin may ayında Praqada keçirilmiş Şərq Tərəfdaşlığı sammitində iştirak etmişdir. Sammitdə Birgə Bəyannamə qəbul edilmişdir. Şərq Tərəfdaşlığı proqramının həyata keçirildiyi ilk günlərdən ümumi məqsədlərə qarşılıqlı maraqlara yardım göstərmək üçün Azərbaycan Respublikası konstruktiv dialoqa ilə əməkdaşlığa qoşulmuşdur.

Bu il mayın 10-da Aİ-nin Xarici Əlaqələr Şurası Azərbaycanla qurum arasında hazırkı Tərəfdaşlıq Əməkdaşlığa dair Müqaviləni əvəzləyəcək Assosiativ Sazişin imzalanması ilə bağlı danışıqların başlanması üçün direktiv qəbul etmişdir.

Biz danışıqların tezliklə başlamasına ümid edir dialoqa qarşılıqlı anlaşma ruhunda hazır olduğumuzu bildiririk.

Lakin Şərq Tərəfdaşlığı proqramının uğurla həyata keçməsinə sadiq olduğumuzdan biz coğrafi ərazidə siyasi maneələrə, xüsusilə Cənubi Qafqazda tam həcmli regional əməkdaşlığın bərqərar edilməsi prosesinə çətinlik yaradan həll edilməmiş münaqişələrə əhəmiyyət verməyə bilmərik. Bu baxımdan Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etdirilməsi bizə Şərq Tərəfdaşlığı proqramının potensialından, xüsusilə əməkdaşlıqla bağlı sahələrdə tam şəkildə istifadə etməyə əngəl yaradır.

İştirakçı ölkələr arasında əlaqələrin hər hansı bir növü bir-birinin ərazi bütövlüyü sərhədlərinin toxunulmazlığını tanıması hörmət etməsi daxil olmaqla möhkəm siyasi əsas üzərində qurulmalıdır.

Avropa Parlamenti mayın 20-də Avropa İttifaqının Cənubi Qafqaz strategiyasına dair qəbul etdiyi qətnamədə regiondakı vəziyyətə obyektiv qiymət vermişdir.

Qətnamədə haqlı olaraq vurğulanır ki, həll edilməmiş münaqişələr region ölkələrinin iqtisadi sosial inkişafına əngəl yaradır. Həmçinin qətnamədə Cənubi Qafqaz regionunda Şərq Tərəfdaşlığı proqramının tam şəkildə həyata keçməsi üçün münaqişələrin sülh yolu ilə həll edilməsinin zəruriliyi vurğulanır.

Aİ-nin Cənubi Qafqaz dövlətləri ilə əlaqələrində suverenlik ərazi bütövlüyü prinsiplərinə hörmət etdiyi bildirilməklə parlament Şərq Tərəfdaşlığının əsas məqsədlərindən birinin tərəfdaş ölkələrin dövlətçiliyi ərazi bütövlüyünün dəstəklənməsi olduğunu bir daha xatırladır hesab edilir ki, region dövlətlərinin suverenliyi ərazi bütövlüyü ilə bağlı məsələ müzakirə mövzusu ola bilməz.

Bundan başqa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində səyləri yaxın aylarda daha da intensivləşdirməyə, zor gücü ilə qeyri-qanuni olaraq yaradılmış status-kvonun aradan qaldırılmasına çağırmaqla Avropa Parlamenti Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarından dərhal çıxmasını tələb edir.

Avropa Parlamentinin üzvləri, həmçinin müharibə müddətində öz torpaqlarından didərgin düşmüş insanların qaçqın məcburi köçkün vəziyyətində yaşamasından onların hüquqlarının pozulmasından narahatlıq ifadə edir bu hüquqların birmənalı şəkildə qeyd-şərtsiz tanınması tezliklə bərpa edilməsini tələb edir.

İnanıram ki, Avropa Parlamentinin Dağlıq Qarabağa dair bəyanatı Ermənistana nizamlama prosesini uzatmağa yönəlmiş siyasətini dayandırmaq Qətnamədə göstərilən prinsiplərə əsaslanaraq nəhayət danışıqlarda konstruktiv mövqe nümayiş etdirmək üçün güclü siqnal idi. Təəssüf ki, indiyədək vaxt qazanmağa çalışan bundan əvvəl əldə edilmiş razılaşmalardan boyun qaçıran Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlamaqla özünün qəsbkarlıq siyasətini davam etdirir Azərbaycanı beynəlxalq qanunlar çərçivəsindən kənar bir çözümə vadar etməyə çalışır.

Müfəssəl bir sənəd olan Avropa Parlamentinin Cənubi Qafqaz strategiyasına dair Qətnaməsi regionda sülhə sabitliyə qarşı bütün təhlükələri aradan qaldırmaq məqsədi ilə lazımi tədbirləri görmək Şərq Tərəfdaşlığının dinamik formada həyata keçirilməsi çərçivəsində Avropanın gələcəyi naminə güclü dəstəyi təmin etmək üçün Avropa İttifaqının tutacağı yolu müəyyənləşdirir.

Bu mənada, ümid edirik ki, Avropa İttifaqı Cənubi Qafqazda daha da genişlənərək, bir qlobal aktor beynəlxalq hüququn, ədalətin müdafiəçisi kimi, hamının bütün regionun mənafeyinə uyğun olaraq uzunmüddətli tərəfdaşlığımız naminə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin ən qısa zamanda nizamlanması üçün daha da səylə çalışacaqdır".

Yazıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixçəsi barədə məlumat verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 4 iyun- S. 4.