Sənət inciləri sərgisi

 

Azərbaycan şifahi yazılı ədəbiyyatının ulusu adlandırılan, türkdilli xalqların ədəbi-bədii sənət nümunələri tarixində səsi çox uzaq əsrlərdən gələn, gur işığı ilə sədləri yaran, zaman-zaman nəsilləri heyran qoyan bir sənət gülşəni kimi tanıdığımız "Kitabi-Dədə Qorqud"dan bizə yaxşı məlum olan keçə alaçıqları sonralar müasir çadırlar əvəz eləsə , bu, keçəçilik sənətini unutdura bilməzdi. Ən azı ona görə ki, bu sənətin elə Dədə Qorqud qədər yaşı var.

Mədəniyyət Turizm Nazirliyinin L.Kərimov adına Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində düzənlənən "Ulu xalq-Ulu sənət" sərgi-satışında da tamaşaçıları heyran qoyan məhz unudulmaqda olan keçəçilik sənətinin heç xalçaçılıqdan geri qalmadığını təsdiqləyən əsərlərdəki qeyri-adiliklər oldu.

"Humay" milli mükafatçısı, Azərbaycan Rəssamlar, eləcə Reklamçılar ittifaqlarının üzvü, əsərləri sərhədləri çoxdan aşan Rauf Əbdülhüseynoğlunun növbəti satış-sərgisi bir daha göstərdi ki, keçəçilik sənəti onun tərəfindən nəinki yaşadılır, əslində xalçaçılıq kimi, yerlərdən göylərə, layiq olduğu ünvana qaldırılır.

Tamaşaçıları heyrətə gətirən rəssamın müxtəlif janr mövzularda işlədiyi rəsmlərin keçənin üzərinə (sanki kətana) çox peşəkarcasına köçürməsi idi. Müxtəlif rəngli yun tüklərdən "döyülmüş", "basılmış", bir sözlə keçələşdirilmiş mənzərə, natürmort janrlı əsərlər barmaqların sirri ilə yaratdığı möcüzələr kimi dəyərləndirildi.

Keçəçi rəssamın uşaqlıq orta məktəb dostu, Milli Məclisin deputatı Aydın Mirzəzadənin qeyd etdiyi kimi, müəllif bununla xalqının milli-mənəvi dəyərlərinə ilahi sevgisini ortaya qoyub. Keçəçilik sənətində yüksək peşəkarlıq qabiliyyətinə malik olan sənətkar bununla rəssamlığın müxtəlif janrlarına tarixi mövzularda əsərlər yaratmaq məharətini ortaya qoyub. O, hətta keçə üzərində relyef əsərlər yarada bilib.

Sərgidə nümayiş olunan "Ana məhəbbəti", "Hünər meydanı, "Həsrətlə bir gün", "Güllərin rəqsi", "Həyatın eşqi", "Dörd ünsür", "Ruhların rəqsi", "Yarımçıq qalmış mahnı", "İlahidən gələn səslər" digər sənət inciləri ABŞ, İsveç, Hollandiya, Türkiyə, İran, Rusiya, İsveçrə, İspaniya, İngiltərə, eləcə Baltikyanı ölkələrdə təkcə muzeylərin deyil, şəxsi kolleksiyaların da ən qiymətli eksponatına çevrildiyi tədbir iştirakçılarının diqqətinə rəssamın həmkarları, sənət dostları çatdırdılar.

 

 

M.NƏRİMANOĞLU

 

Azərbaycan.- 2010.- 4 iyun- S.  8.