Prezidentlər İlham Əliyev Aleksandr Lukaşenko Belarusun Azərbaycandakı səfirliyinin yeni inzibati binasının təməlqoyma mərasimində iştirak etmişlər

 

 İyunun 4-də Bakıda, Xətai rayonu ərazisində Belarusun Azərbaycandakı səfirliyinin binasının təməlqoyma mərasimi keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko mərasimdə iştirak etmişlər.

Prezidentlər gilizi təmələ buraxdılar beton qarışığı tökdülər.

Dövlət başçıları binanın layihəsi maketi ilə tanış oldular.

Prezidentlər İlham Əliyevə Aleksandr Lukaşenkoya məlumat verildi ki, ümumi sahəsi 1950 kvadratmetr olacaq səfirliyin üçmərtəbəli binası Qərb Şərq memarlığının elementlərini özündə əks etdirəcəkdir. Konsulluq şöbəsi burada yerləşəcəkdir. Binada konfrans zalları, müxtəlif xidməti otaqlar olacaqdır. Diplomatik missiyanın yerləşdiyi kompleksdə səfirliyin əməkdaşlarının yaşaması üçün 2160 kvadratmetrlik ərazidə dördmərtəbəli bina da inşa ediləcəkdir.

Sonra dövlət başçıları Gəncə avtomobil zavodunun istehsal etdiyi müxtəlif təyinatlı maşınlarla tanış oldular.

Bildirildi ki, 2006-cı ilin oktyabrında əldə olunmuş razılığa əsasən 2007-ci ilin martından Gəncə avtomobil zavodunda "Belarus" markalı avtomobillərin istehsalı həyata keçirilir. Bu, Azərbaycanda həm "Belarus" traktorları, həm "MAZ" yük avtomobilləri, kommunal inşaat texnikaları istehsal edən yeganə müəssisədir. Zavod respublikanın səkkiz regionunda yüksək keyfiyyətli servis xidməti göstərir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 5 iyun- S.  1.