Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Azərbaycan Demokratik Respublikasının yaradılmasının ildönümünü qeyd etdiyiniz bir vaxtda şəxsən öz adımdan Litva xalqı adından səmimi təbriklərimi çatdırmaq istəyirəm. Sizə Azərbaycan xalqına uğurlar rifah arzulayıram.

Ərazicə kiçik ölkələr olan Litva Azərbaycan öz vətəndaşlarının rifahını, təhlükəsizliyini əmin-amanlığını təmin etməkdə ümumi maraqları ilə bir-birinə bağlıdır. Yalnız qətiyyətli, açıq konstruktiv formada işləməklə biz həmin məqsədlərə uğurla çata bilərik. Əminəm ki, Litva Azərbaycan dövlətlərinin inkişafı, onların tarixi təcrübəsi hətta aralarındakı uzaq məsafəyə baxmayaraq, ortaq maraqları ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin yaradır. Demokratik cəmiyyət bütün ölkələrlə dostluq münasibətləri qurmaq məqsədilə 1918-ci ildə Azərbaycanın müstəqilliyini elan edən bəyannamənin əsasını təşkil edən konsepsiya öz xüsusi əhəmiyyətini bu gün itirməmişdir. İnanıram ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində apardığımız birgə fəaliyyət daha dərin ikitərəfli iqtisadi, mədəni, siyasi əlaqələr həmin məqsədlərə çatmağa töhfə verə bilər.

Milli bayramınız münasibətilə Sizi bir daha təbrik edirəm. Cənab Prezident, ən yüksək hörmət ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

 

Daliya QRİBAUSKAYTE,

Litva Respublikasının Prezidenti

 

Azərbaycan.- 2010.- 5 iyun- S.  1.