Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli cənab Prezident!
Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin!
Bu gün Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, iqtisadi potensialın artırılması və xalqın rifah səviyyəsinin yüksəldilməsi yolu ilə inamla irəliləyən, ən dinamik inkişaf edən ölkələrdən biridir. Ölkənizin beynəlxalq aləmdə nüfuzu daim artır, Rusiya Federasiyası və onun regionları ilə möhkəm mehriban qonşuluq münasibətləri inkişaf edir. Azərbaycanın birinci Prezidenti, xalqınızın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin seçdiyi bu yolu son yeddi ildə Siz layiqincə davam etdirirsiniz.
Stavropolu köhnə və sınanmış işgüzar tərəfdaşı olan Azərbaycan Respublikası ilə xüsusi dostluq telləri bağlayır. Bizim ümumi istəklərimiz bu yaxınlarda Stavropol nümayəndə heyətinin Bakıya səfəri zamanı imzalanmış ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında hökumətlərarası sazişdə təsbit olunmuşdur. Ürəkdən inanıram ki, mehriban qonşuluq sahəsində toplanmış təcrübə ilə yanaşı, bu sənəd də bizi strateji tərəfdaşlıq yolu ilə irəlilədəcək və qarşılıqlı uğurlara gətirib çıxaracaqdır.
Hörmətli İlham Heydər oğlu, Sizə və bütün Azərbaycan xalqına sülh, xoş günlər, əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Valeri QAYEVSKİ,
Azərbaycan.- 2010.- 5 iyun- S.
1.