Əməliyyat-axtarış fəaliyyəti haqqındaAzərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

Əməliyyat-axtarış fəaliyyəti haqqındaAzərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹11, maddə 612; 2002-ci il, ¹5, maddə 250, ¹6, maddə 328; 2004-cü il, ¹3, maddə 133; 2005-ci il, ¹12, maddə 1079; 2006-cı il, ¹2, maddə 64, ¹11, maddə 933, ¹ 12, maddə 1005; 2007-ci il, ¹6, maddə 560; 2008-ci il, ¹4, maddə 252, ¹6, maddə 462; 2010-cu il, ¹3, maddə 172) 10-cu maddəsinə aşağıdakı dəyişikliklər edilsin:

 

1. VIII hissənin birinci cümləsindəxüsusi digər texniki vasitələrdənsözləritexniki vasitələrdən (yəni əməliyyat-axtarış tədbirləri çərçivəsində informasiyanın gizli yolla əldə olunması məqsədilə xüsusi olaraq yaradılmış, işlənib hazırlanmış, istehsal olunmuş, proqramlaşdırılmış, təkmilləşdirilmiş avadanlıqlar, cihazlar, qurğular, ləvazimatlar digər texniki vasitələr)” sözləri ilə əvəz edilsin;

2. X hissədəGizli informasiya alınması üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrinsözləriGizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrinsözləri ilə əvəz edilsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2010-cu il.

 

Azərbaycan.- 2010.- 5 iyun- S.  2.