2010-cu il martın 18-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı arasında Asiya, Avropa əsas dünya bazarları arasında avtomobil daşımalarının Azərbaycan Respublikası ərazisindən keçməklə inkişafı barədə Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1. 2010-cu il martın 18-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı arasında Asiya, Avropa əsas dünya bazarları arasında avtomobil daşımalarının Azərbaycan Respublikası ərazisindən keçməklə inkişafı barədə Anlaşma Memorandumu" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Memorandumun həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqını xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 may 2010-cu il

 

Azərbaycan.- 2010.- 5 iyun.- S.  2.