2010-cu il martın 9-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) arasında "Uşaqların ailələrə verilməsi alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması" layihəsinin həyata keçirilməsi üçün birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1. 2010-cu il martın 9-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) arasında "Uşaqların ailələrə verilməsi alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması" layihəsinin həyata keçirilməsi üçün birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Azərbaycan Respublikasının Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Memorandumun həyata keçirilməsini təmin etsinlər.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunu (UNICEF-i) xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 may 2010-cu il

 

Azərbaycan.- 2010.- 5 iyun.- S.  2.