Azərbaycan Respublikası
və Mavritaniya İslam Respublikası arasında 2010-cu il aprelin 9-da Bakı şəhərində imzalanmış
sənədlər haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
1. Azərbaycan
Respublikası və Mavritaniya İslam Respublikası arasında
2010-cu il aprelin 9-da Bakı şəhərində
imzalanmış aşağıdakı
sənədlər təsdiq
edilsin:
1.1. Azərbaycan
Respublikası Hökuməti
və Mavritaniya İslam Respublikası Hökuməti arasında mədəniyyət sahəsində
əməkdaşlıq üzrə
Anlaşma Memorandumu;
1.2. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
və Mavritaniya İslam Respublikasının
Xarici İşlər
və Əməkdaşlıq
Nazirliyi arasında əməkdaşlıq haqqında
Protokol.
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, bu sərəncamın
1.1-1.2-ci bəndlərində göstərilən sənədlərin
həyata keçirilməsi
üçün zəruri
tədbirlər görsün.
3. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyinə
tapşırılsın ki,
bu sərəncamın
1.1-1.2-ci bəndlərində göstərilən sənədlərin
qüvvəyə minməsi
üçün zəruri
olan dövlətdaxili
prosedurların yerinə
yetirilməsi barədə
Mavritaniya İslam Respublikası tərəfini
xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 may 2010-cu il
Azərbaycan.- 2010.- 5 iyun.- S. 2.