Banqladeş Xalq Respublikasının Prezidenti zati-aliləri cənab Zillur Rəhmana

 

Hörmətli cənab Prezident!

Ölkənizin paytaxtı Dəkkə şəhərində baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbərindən son dərəcə sarsıldım.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə yaxın adamlarına, bütün Banqladeş xalqına şəxsən öz adımdan Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 4 iyun 2010-cu il

 

Azərbaycan.- 2010.-  5 iyun.- S.  2.