Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü
İyunun 7-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu, yüksək səviyyəli görüşlərin əhəmiyyəti qeyd edildi.
Azərbaycan ilə Türkiyə arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində əməkdaşlığın regional əhəmiyyəti vurğulandı. Qeyd edildi ki, təbii qazla bağlı imzalanacaq sənədlər Azərbaycan ilə Türkiyə arasında energetika sahəsində uğurlu əməkdaşlıqda yeni bir mərhələ olacaqdır.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev Aralıq dənizində baş verən son hadisələrlə bağlı Türkiyəyə tam dəstəyini ifadə edərək hadisə zamanı günahsız Türkiyə mülki vətəndaşlarının öldürülməsi ilə əlaqədar başsağlığı verdi. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan bu məsələdə Türkiyənin yanındadır.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər müzakirə olundu.
AzərTAc
Azərbaycan.- 2010.- 8 iyun- S.
1.