Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü
İyunun 7-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və Türkiyə Respublikasının Baş
naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında
bütün sahələrdə
münasibətlərin inkişafından
məmnunluq ifadə olundu. İki ölkə arasında təbii
qazla bağlı imzalanacaq sənədlərin Azərbaycan ilə
Türkiyənin energetika sahəsində əməkdaşlığında
yeni mərhələ olduğu bildirildi və bu sənədlərin
əhəmiyyəti vurğulandı. Azərbaycan
ilə Türkyə arasında energetika sahəsində və
bütün digər sahələrdə əməkdaşlıq
əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə
əminlik ifadə olundu.
Görüşdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi
ilə bağlı fikir mübadiləsi aparıldı.
Prezident
İlham Əliyev Aralıq dənizində baş verən son
hadisələrlə bağlı Türkiyəyə tam dəstəyini
ifadə etdi, bu hadisə zamanı günahsız Türkiyə
mülki vətəndaşlarının öldürülməsi
ilə əlaqədar başsağlığını
çatdırdı. Dövlətimizin başçısı
bildirdi ki, Azərbaycan bu məsələdə Türkiyənin
yanındadır.
AzərTAc
Azərbaycan.- 2010.-8
iyun- S. 1.