Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi

 

İyunun 7-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan ilə Türkiyə arasında sənədlərin imzalanması mərasimi olmuşdur.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qazın satışı nəqli sahəsində Anlaşma Memorandumunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev BOTAŞ-ın idarə heyətinin sədri Fazil Şenel imzaladılar.

Azərbaycandan Türkiyəyə Türkiyə ərazisindən təbii qazın satışı nəqlinə dair Bəyannaməni Azərbaycanın Sənaye Energetika Nazirliyi ilə Türkiyənin Enerji Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın satışı nəqlinə dair Anlaşma Memorandumunu Azərbaycanın sənaye energetika naziri Natiq Əliyev Türkiyənin enerji təbii sərvətlər naziri Taner Yıldız imzaladılar.

İmzalanma mərasimi başa çatdıqdan sonra fotoşəkil çəkdirildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 8 iyun- S.  1.