Dövlət və hökumət başçılarının
şərəfinə
Xüsusi müxbirimiz xəbər
verir ki, iyunun 7-də İstanbulda keçirilən Asiyada
Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri
üzrə Müşavirənin zirvə toplantısında
iştirak edən dövlət və hökumət
başçıları gəmi ilə Bosfor boğazında gəzintiyə
çıxmışlar.
Sonra
"Dolmabaxça" sarayında Türkiyənin Baş
naziri Rəcəb Tayyib Ərdoğanın adından dövlət
və hökumət başçılarının şərəfinə
şam yeməyi verilmişdir.
Azərbaycan Prezidenti
İlham Əliyev şam yeməyində iştirak etmişdir.
Prezident İlham Əliyevin
Türkiyəyə işgüzar səfəri davam edir.
AzərTAc
Azərbaycan.- 2010.- 8 iyun- S.
2.