Azərbaycan Prezidenti İlham Əliyev ABŞ müdafiə naziri Robert Qeytsi qəbul
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da
ölkəmizdə səfərdə olan ABŞ müdafiə
naziri Robert Qeytsi qəbul etmişdir.
ABŞ müdafiə
naziri Robert Qeyts Birləşmiş Ştatların Prezidenti
Barak Obamanın məktubunu dövlətimizin
başçısına çatdırmışdır. O qeyd
etmişdir ki, ABŞ Prezidenti Barak Obama senator qismində ilk
xarici səfərinin Azərbaycana etməsini məmnunluqla
xatırlayır.
Dövlətimizin
başçısı məktuba görə minnətdarlığını
ABŞ Prezidentinə çatdırmağı xahiş
etmişdir.
Görüşdə Azərbaycan
ilə Amerika Birləşmiş Ştatları arasında hərbi
sahədə əməkdaşlığa dair fikir mübadiləsi
aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 8
iyun- S. 2.