Səni gözlüyür

 

Mus: Üzeyir Hacıbəyli

 

Söz: Hüseyn Natiq

 

Günəşin işığı göylərdə yanar (ey)

Vətənin daş dağı nura boyanar.

Borular çalındı, hər kəs oyandı

Yürü əsgər, zəfər səni gözlüyür.

Günəşdən çöllərə sarpılmada nur

Ürəklər döyünür, sevincə dönür.

Borular səninçün şərqilər oxur

Yürü əsgər, zəfər səni gözlüyür.

Səslənsin tüfəngin, topun gurlasın

Dağların bağrına atəşlər salsın.

Vətən qələbədən ilhamlar alsın

Yürü əsgər, vətən səni gözlüyür.

 

 

Azərbaycan.- 2010.-  8 iyun.- S.  7.