Azərbaycan Respublikası
vətəndaşlarının 2010-cu ilin iyulun 1-dən 30-dək
həqiqi hərbi xidmətə çağırılması
və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata
buraxılması haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
"Azərbaycan
Respublikasında hərbi
xidmətə çağırışın
əsasları haqqında"
Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və
qanunvericilikdə nəzərdə
tutulmuş digər silahlı birləşmələrin
komplektləşdirilməsi üçün qərara
alıram:
1. 1992-ci ildə
doğulmuş və çağırış günü
üçün 18 yaşı
tamam olmuş, habelə 1975-1991-ci illərdə
doğulmuş, yaşı
35-dək olan, Respublikanın
Silahlı Qüvvələrində
və qanunvericilikdə
nəzərdə tutulmuş
digər silahlı birləşmələrdə hərbi
xidmətə çağırışdan
möhlət hüququ
olmayan Azərbaycan Respublikası vətəndaşları
2010-cu ilin iyulun 1-dən
30-dək həqiqi hərbi
xidmətə çağırılsınlar.
2. "Hərbi
xidmət haqqında"
Azərbaycan Respublikasının
Qanununda nəzərdə
tutulmuş xidmət müddətini keçmiş
əsgər, matros və çavuşlar 2010-cu
ilin iyulun 1-dən 30-dək
ehtiyata buraxılsınlar.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti və yerli icra
hakimiyyəti orqanları
bu fərmanın icrası üçün
qanunvericilikdə nəzərdə
tutulmuş tədbirlər
görsünlər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 iyun 2010-cu il
Azərbaycan.- 2010.- 10 iyun- S.
1.