Dünyanın ən gözəl bulvarı

 

Dənizkənarı Milli Park Bakı sakinlərinin qonaqların ən çox xoşladıqları gəzinti istirahət yerlərindən biridir. Bu park Bakının əvəzsiz incisi olmaqla yanaşı, onun tarixi müasir simasını təşkil edən xüsusi məkandır.

Bakıda dənizkənarı bulvar salınması barədə qərar 1909-cu ildə Bakı şəhər Duması tərəfindən verilib. Qərara əsasən dəniz sahili ilə yeni salınan II Aleksandr küçəsinin (Neftçilər prospekti) arasında yaşıllıq zolağı salınıb. Sonrakı il iki il müddətində buraya münbit torpaq daşınıb, Azərbaycanın başqa bölgələrindən hətta Avropadan müxtəlif nadir bitki növləri gətirilib əkilib.

Müxtəlif dövrlərdə dənizkənarı bulvarda genişləndirmə işləri aparılıb. Sovet hakimiyyəti illərində yay kinosalonları, "Mirvari" kafesi, "Venesiya" şəhərciyi başqa istirahət obyektləri inşa edilib. Ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərliyindən sonra dənizkənarı bulvar da yeni inkişaf mərhələsinə qədəm qoyub. 1970-ci illərdə respublikada Bakıda yaşıllaşdırma abadlaşdırma işləri genişləndirilərkən dənizkənarı bulvarda da yenidənqurma işləri aparılıb. Bulvarın uzunluğu 3,7 kilometrə çatdırılıb, sakinlərin istirahəti üçün mədəniyyət ocaqları təşkil olunub. Bunlara misal olaraq əl oyunları stadionunu, "Sahil" kafesinin tikintisini, S.Vurğun adına yay kinosalonunun yenidən qurulmasını, fəvvarələrin quraşdırılmasını, yeni xiyabanların salınmasını, ümumiyyətlə bulvarın kompleks şəklində abadlaşdırılmasını inkişafını göstərmək olar. Parkda Azərbaycanın müxtəlif sahələrində əldə olunmuş nailiyyətlərini nümayiş etdirən sərgi pavilyonları da quraşdırılıb.

Bununla belə, ötən əsrin 80-ci illərinin sonu 90-cı illərin əvvəllərində ölkədə baş verən böhran dənizkənarı bulvardan da yan ötməyib. Burada istirahətə aid olmayan obyektlər tikilib, onların təsiri Xəzərin səviyyəsinin qalxması səbəbindən qiymətli ağac növlərinin bir qismi məhv olub. Bütün bunları nəzərə alaraq ulu öndər Heydər Əliyev 1998-ci il dekabrın 29-da dənizkənarı bulvara Azərbaycanın milli sərvəti kimi "Təbiəti mühafizə təbiətdən istifadə haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə uyğun olaraq Milli Park statusu verilməsi haqqında fərman imzalayıb. Bundan sonra görülən işlər sayəsində Dənizkənarı Milli Parkın siması tamamilə dəyişib, müasir infrastruktur bağ-park estetikasının ən yaxşı nümunələri ilə zənginləşib.

Dənizkənarı Milli Parkda aparılan yenidənqurma işlərini Prezident İlham Əliyev daim diqqət mərkəzində saxlayır. Dövlət başçısı bir neçə dəfə dənizkənarı parka gələrək görülən işlərlə maraqlanıb, tapşırıq tövsiyələr verib. Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bununla bağlı deyib: "Bakı bulvarı, mən şəxsən elə hesab edirəm ki, dünyanın ən gözəl bulvarıdır. Ən gözəl bulvarlarından biri deyil, ən gözəl bulvarıdır. Həm təbii vəziyyətinə, həm abadlıq işlərinə, müasirliyinə, insanlar üçün yaradılmış rahatlığına görə. Bakının gözəlliyi bənzərsizdir, təkrarolunmazdır. Bakı buxtası Bakının əsas gözəlliklərindən biridir. Biz bulvar hissəsini genişləndirdik. Orada görülən tikinti işləri artıq imkan verir ki, insanlar düz dənizin qırağı ilə gəzə bilsinlər, dənizə yaxın olsunlar. Əvvəlki illərdə bu, belə deyildi. Yadınızdadır, orada daşlar qoyulmuşdu, dənizlə ünsiyyət mümkün deyildi. Ancaq bu gün elə şərait yaratmışıq ki, insanlar düz dənizin qırağı ilə gəzə bilirlər. Elə etməliyik ki, su təmiz, şəffaf olsun heç bir qoxusu olmasın. Buna nail olmaq üçün orada bütün təmizləyici tədbirlər görülməlidir, özü çox böyük sürətlə".

Dənizkənarı Milli Parkda aparılan yenidənqurma abadlaşdırma işləri nəticəsində uzunluğu 3,7 kilometr, eni isə 250-300 metrə çatan ərazidə asfalt örtük tam götürülüb yerinə qırma-dekorativ daşlar döşənib. Çoxlu ağac gül kolları əkilməklə yaşıllıq zolaqları genişləndirilib. Parkdakı məhəccərlər, işıqlandırma sistemi tamamilə yeniləşdirilib. Parkın müxtəlif guşələrində yüngül konstruksiyalı yığılıb-sökülən yeni kafelər, ən müasir standartlara cavab verən attraksionlar quraşdırılıb.

Hazırda burada respublika şəhər əhəmiyyətli sosial-mədəni tədbirlərin daha yüksək səviyyədə keçirilməsini təmin etmək üçün daha geniş imkanlar var. Əhalinin mənəvi estetik tələbatının ödənilməsi, istirahətinin təşkili, sağlamlığının möhkəmləndirilməsi, kütləvi bayram şənliklərin, ədəbi-bədii proqramların, konsertlərin, musiqi rəqs gecələrinin, beynəlxalq, respublika, şəhər rayon sərgilərinin, o cümlədən kütləvi idman tədbirlərinin keçirilməsi üçün yaradılan şərait ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanır. Dənizkənarı Milli Park ərazisində Bakı Muğam Mərkəzinin, sahildən bir qədər aralıda Yaxt Klubun, Bakı Biznes Mərkəzinin inşası əraziyə xüsusi gözəllik verir.

Bir sözlə, Bakı sakinlərinin qonaqlarının ən çox sevdiyi istirahət guşələrindən biri olan Dənizkənarı Milli Park indi yeni inkişaf mərhələsini yaşayır. Qərblə Şərqin memarlıq elementlərini özündə birləşdirən bu parkda təmir-tikinti işləri geniş vüsətlə davam edir. Yaxın gələcəkdə bulvarın ərazisi Bibiheybət Zığ istiqamətlərinə doğru genişləndiriləcək, ümumi uzunluğu 25 kilometrə çatdırılacaq.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2010.- 10 iyun- S.  6.