Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 28 sentyabr tarixli 634 nömrəli fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə
baxmağa səlahiyyəti
olan vəzifəli şəxslərin siyahısı”nda
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
“Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsinə
dəyişikliklər və
əlavələr edilməsi
barədə” Azərbaycan
Respublikasının 2010-cu il 1 fevral tarixli 946-IIIQD nömrəli
Qanununa uyğun olaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 28
sentyabr tarixli 634 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 9, maddə
872; 2008-ci il, ¹3, maddələr
169, 186, ¹5, maddə 364, ¹6, maddələr
483, 504, ¹12, maddə 1057; 2009-cu il, ¹2, maddələr 59,
69, 73, ¹5, maddə 321, ¹6, maddə
421; 2010-cu il, ¹2, maddə
80, ¹3, maddələr 180, 184, 193) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa
səlahiyyətli olan
vəzifəli şəxslərin
Siyahısı”nın 9.1-ci bəndində “187-1-ci maddəsində”
sözləri “187-1-ci və
187-2-ci maddələrində” sözləri ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
10 iyun 2010-cu il.
Azərbaycan.- 2010.- 11 iyun.- S. 2.