Yaponiyanın Baş naziri zati-aliləri cənab Naoto Kana

 

Hörmətli cənab Baş nazir!

Yaponiyanın Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Yaponiya münasibətlərinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, dövlətlərarası münasibətlərimiz, çoxşaxəli dostluq əlaqələrimiz, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 10 iyun 2010-cu il

 

Azərbaycan.- 2010.- 11 iyun- S.  2.