Filippin Respublikasının Prezidenti zati-aliləri III Beniqno Akinoya

 

Hörmətli cənab Prezident!

Filippin Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Filippin arasında təşəkkül tapmış dostluq əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Filippin xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 10 iyun 2010-cu il

 

Azərbaycan.- 2010.- 11 iyun- S.  2.