Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Dmitri Medvedevə

 

Hörmətli Dmitri Anatolyeviç!

Dövlət bayramı - Rusiya Günü münasibətilə Sizi bütün Rusiya xalqını ürəkdən təbrik edirəm.

Dost Rusiya iqtisadiyyatın sosial sahənin modernləşdirilməsi, siyasi sistemin təkmilləşdirilməsi üzrə genişmiqyaslı proqramları uğurla həyata keçirir. Ölkənin beynəlxalq birlikdə nüfuzu artır, mövqeləri möhkəmlənir.

Azərbaycan ilə Rusiya arasında etimad, qarşılıqlı dəstək prinsiplərinə əsaslanan dostluq mehriban qonşuluq münasibətlərinin dərin tarixi kökləri vardır. Əminəm ki, bu xeyirxah ənənələr, dövlətlərarası münasibətlərimiz, hərtərəfli əməkdaşlıq xalqlarımızın mənafeyi, Qafqazda sülh sabitlik naminə bundan sonra da inkişaf edəcək genişlənəcəkdir.

Hörmətli Dmitri Anatolyeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik yeni uğurlar, bütün Rusiya xalqına firavanlıq tərəqqi arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 2 iyun 2010-cu il

 

Azərbaycan.- 2010.- 12 iyun- S.  1.