“Hərbi qulluqçuların statusu
haqqında” Azərbaycan Respublikası Qanununa
və Azərbaycan Respublikasının 1997-ci il
3 oktyabr tarixli 377-IQ
nömrəli Qanunu ilə təsdiq edilmiş “hərbi xidmətkeçmə
haqqında Əsasnamə”yə əlavə edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
I. “Hərbi
qulluqçuların statusu
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikası
Ali Sovetinin Məlumatı,
1992-ci il, ¹ 4, maddə
79; 1993-cü il, ¹ 5, maddə
132; Azərbaycan Respublikasının
1995-ci il 2 may tarixli
1030 nömrəli Qanunu;
Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1997-ci il, ¹ 5, maddə
378; 1998-ci il, ¹ 1, maddələr
15, 16; 1999-cu il, ¹ 4, maddə
228, ¹ 5, maddə 286; 2001-ci il,
¹ 6, maddələr 362, 363, ¹ 11, maddə 694, ¹ 12, maddələr
731, 736; 2004-cü il, ¹ 2, maddə
57, ¹ 3, maddə 133, ¹ 4, maddələr
199, 212, ¹ 7, maddə 507, ¹ 8, maddə 596; 2005-ci il, ¹ 10,
maddə 871, ¹ 12, maddə
1093; 2006-cı il, ¹ 4, maddə
312, ¹ 11, maddə 933; 2007-ci il, ¹ 6, maddə 561, ¹ 8, maddə 756, ¹ 11, maddələr
1053, 1078; 2008-ci il, ¹ 3, maddə
156, ¹ 6, maddələr 462, 481, ¹ 8, maddə 709, ¹ 12, maddə
1048; Azərbaycan Respublikasının
2010-cu il 1 fevral tarixli 951-IIIQD nömrəli
Qanunu) 11-ci maddəsinin
1-ci bəndinə aşağıdakı
məzmunda iyirminci abzas əlavə edilsin:
“Hərbi qulluqçu (müddətli
həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa)
təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə
tutulmuş növbəti
məzuniyyətdən istənilən
səbəbdən istifadə
etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə
edilməmiş növbəti
məzuniyyətə görə
kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada və məbləğdə
ödənilir.”.
II. Azərbaycan Respublikasının 1997-ci il
3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998-ci il, ¹1, maddə
14; 2001-ci il, ¹3, maddələr
138, 145, 146, 147, ¹12, maddələr 731, 745;
2002-ci il, ¹6, maddə
328, ¹8, maddə 464; 2004-cü il, ¹2, maddə 57, ¹11, maddə 886; 2005-ci il, ¹7, maddələr 576, 588, ¹10, maddə
871; 2006-cı il, ¹4, maddə
312, ¹11, maddə 933; 2007-ci il,
¹8, maddə 756, ¹11, maddə
1078; 2008-ci il, ¹7, maddə
602, ¹8, maddə 695, ¹12, maddə
1048) ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında
Əsasnamə”nin 121-ci maddəsinə
aşağıdakı məzmunda
ikinci hissə əlavə edilsin:
“Hərbi qulluqçu
(müddətli həqiqi
hərbi xidmət hərbi qulluqçularından
başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş
növbəti məzuniyyətdən
istənilən səbəbdən
istifadə etmədikdə,
ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün
istifadə edilməmiş
növbəti məzuniyyətə
görə kompensasiya
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
qaydada və məbləğdə ödənilir.”.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
11 may 2010-cu il.
Azərbaycan.- 2010.- 12 iyun.- S. 1.