Azərbaycan Respublikasının Goranboy rayonunun və Naftalan şəhərinin inzibati
ərazi bölgüsündə qismən dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi q ə
r a r a a l
ı r :
Azərbaycan Respublikasının
Goranboy rayonunun və Naftalan şəhərinin sərhədlərində
bu Qanuna əlavə edilmiş xəritəyə uyğun
olaraq aşağıdakı
dəyişiklik edilsin:
Goranboy rayonunun
inzibati ərazisindən
489,0 ha (o cümlədən
Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki
Tap Qaraqoyunlu kəndinin
ərazisindən bələdiyyə
mülkiyyətində olan
133,84 ha, Tatarlı kənd
inzibati ərazi dairəsi tərkibindəki
Tatarlı kəndinin ərazisindən bələdiyyə
mülkiyyətində olan
229,68 ha və xüsusi
mülkiyyətdə olan
125,48 ha (cəmi – 355,16 ha) torpaq
sahəsi Naftalan şəhərinin inzibati
ərazisinə verilsin;
Goranboy rayonunun
Qaşaltı Qaraqoyunlu
kənd inzibati ərazi dairəsi əhatə etdiyi ərazi vahidləri (ərazisi müvafiq olaraq 1321,1 ha və 882,7 ha təşkil
edən Qaşaltı
Qaraqoyunlu və Qasımbəyli kəndləri)
ilə birlikdə Naftalan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
31 may 2010-cu il.
Azərbaycan.- 2010.- 12 iyun.- S. 3.