"Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

"Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-ci il, ¹ 8, maddə 613) aşağıdakı əlavələr edilsin:

1. 1.0.26-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsinqanuna aşağıdakı məzmunda 1.0.27-ci maddə əlavə edilsin:

"1.0.27. idman mərc oyunları - idman yarışlarının nəticəsinin əvvəlcədən təxmin edilməsinə əsaslanaraq oynanılan və iştirak edənlər arasında düzgün təxmin edənlərə əvvəlcədən elan olunmuş meyarlar əsasında mükafat qazandıran oyunlar.".

2. Qanuna aşağıdakı məzmunda 53-1-ci maddə əlavə olunsun:

"Maddə 53-1. İdman mərc oyunlarının təşkili və keçirilməsi

53-1.1. İdman mərc oyunları bədən tərbiyəsi və idmanın inkişafına maliyyə dəstəyinin göstərilməsi, bədən tərbiyəsi və idmanın təbliği və təşviqi məqsədilə keçirilir.

53-1.2. İdman mərc oyunları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxs tərəfindən həyata keçirilir.

53-1.3. İdman mərc oyunlarının təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

53-1.4. İdman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hissəsi bədən tərbiyəsi və idmanın inkişafına yönəldilir.

53-1.5. İdman mərc oyunlarının təşkili və keçirilməsinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.".

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2010-cu il

 

Azərbaycan.- 2010.-12  iyun- S.  3.