"Hərbi
qulluqçuların statusu haqqında"
Azərbaycan Respublikasının Qanununa və
Azərbaycan Respublikasının 1997-ci il
3 oktyabr tarixli 377-IQ
nömrəli qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə
haqqında Əsasnamə"yə əlavə edilməsi barədə"
Azərbaycan Respublikasının 2010-cu il
11 may tarixli 1005-IIIQD nömrəli qanununun
tətbiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
"Hərbi
qulluqçuların statusu
haqqında" Azərbaycan
Respublikasının Qanununa
və Azərbaycan Respublikasının 1997-ci il
3 oktyabr tarixli 377-IQ nömrəli qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında
Əsasnamə"yə əlavə
edilməsi barədə"
Azərbaycan Respublikasının
2010-cu il 11 may tarixli
1005-IIIQD nömrəli qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, üç ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının "Hərbi
qulluqçuların statusu
haqqında" Azərbaycan
Respublikasının Qanununa
və Azərbaycan Respublikasının 1997-ci il
3 oktyabr tarixli 377-IQ nömrəli qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında
Əsasnamə"yə əlavə
edilməsi barədə"
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. "Hərbi
qulluqçuların statusu haqqında" Azərbaycan
Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci
abzasında və Azərbaycan Respublikasının 1997-ci il 3
oktyabr tarixli 377-IQ nömrəli qanunu ilə təsdiq
edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin
121-ci maddəsinin ikinci hissəsində nəzərdə
tutulmuş təqvim ilində, habelə həqiqi hərbi xidmətdə
olduğu dövrün digər təqvim illərində
növbəti məzuniyyətdən istənilən səbəbdən
istifadə etməyən hərbi qulluqçuya (müddətli
həqiqi hərbi xidmət hərbi qulluqçularından
başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə
olduğu dövrün digər təqvim illəri
üçün istifadə edilməmiş növbəti məzuniyyətə
görə kompensasiyanın ödənilməsi
qaydasını və məbləğini müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. öz səlahiyyətləri
daxilində "Hərbi qulluqçuların statusu
haqqında" Azərbaycan Respublikasının Qanununa və
Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ
nömrəli qanunu ilə təsdiq edilmiş "Hərbi
xidmətkeçmə haqqında Əsasnamə"yə əlavə
edilməsi barədə" Azərbaycan Respublikasının
Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
2. Müəyyən edilsin
ki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan
Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci
abzasında və Azərbaycan Respublikasının 1997-ci il 3
oktyabr tarixli 377-IQ nömrəli qanunu ilə təsdiq
edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin
121-ci maddəsinin ikinci hissəsində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər Kabineti həyata keçirir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyun 2010-cu il
Azərbaycan.- 2010.- 12 iyun- S.
1.