"Bədən tərbiyəsi və
idman haqqında" Azərbaycan
Respublikasının Qanununa əlavələr
edilməsi barədə" Azərbaycan Respublikasının
2010-cu il 31 may tarixli 1019-IIIQD nömrəli qanununun
tətbiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
"Bədən
tərbiyəsi və
idman haqqında" Azərbaycan Respublikasının
Qanununa əlavələr
edilməsi barədə"
Azərbaycan Respublikasının
2010-cu il 31 may tarixli 1019-IIIQD nömrəli
qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, bir ay müddətində:
1.1. qüvvədə olan
qanunvericilik aktlarının
"Bədən tərbiyəsi
və idman haqqında" Azərbaycan
Respublikasının Qanununa
əlavələr edilməsi
barədə" Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. həmin qanunun
53-1.2-ci maddəsində nəzərdə
tutulmuş idman mərc oyunlarının həyata keçirilməsi
məqsədilə hüquqi
şəxsin akkreditasiya
olunması qaydasını
müəyyən etsin
və bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.4. həmin qanunun
53-1.3-cü maddəsində nəzərdə tutulmuş
idman mərc oyunlarının təşkili
və keçirilməsi
qaydalarını müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.5. həmin qanunun
53-1.4-cü maddəsində nəzərdə tutulmuş
idman mərc oyunlarının keçirilməsi
üçün iştirakçılar
tərəfindən ödənilən
vəsaitlərin bədən
tərbiyəsi və
idmanın inkişafına
yönəldilən hissəsini
müəyyən etsin
və bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.6. öz səlahiyyətləri
daxilində "Bədən
tərbiyəsi və
idman haqqında" Azərbaycan Respublikasının
Qanununa əlavələr
edilməsi barədə"
Azərbaycan Respublikasının
Qanunundan irəli gələn digər məsələləri həll
etsin.
2. Müəyyən
edilsin ki:
2.1. "Bədən
tərbiyəsi və
idman haqqında" Azərbaycan Respublikası
Qanununun 53-1.3-cü və
53-1.4-cü maddələrində nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının
Nazirlər Kabineti həyata keçirir;
2.2. həmin
qanunun 53-1.2-ci maddəsində nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Gənclər və İdman
Nazirliyi həyata keçirir;
2.3. həmin
qanunun 53-1.5-ci maddəsində nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Qiymətli Kağızlar
üzrə Dövlət Komitəsi həyata keçirir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyun 2010-cu il
Azərbaycan.- 2010.- 12 iyun- S.
3.