"Azərbaycan
Respublikasının Goranboy rayonunun və Naftalan şəhərinin
inzibati ərazi bölgüsündə
qismən dəyişiklik edilməsi haqqında" Azərbaycan
Respublikasının 2010-cu il 31 may tarixli 1018-IIIQ nömrəli
qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
"Azərbaycan
Respublikasının Goranboy
rayonunun və Naftalan şəhərinin
inzibati ərazi bölgüsündə qismən
dəyişiklik edilməsi
haqqında" Azərbaycan
Respublikasının 2010-cu il 31 may tarixli 1018-IIIQ
nömrəli qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, üç ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının Goranboy rayonunun və Naftalan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1018-IIIQ nömrəli qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikasının Goranboy rayonunun və Naftalan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1018-IIIQ nömrəli qanunundan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyun 2010-cu il
Azərbaycan.- 2010.-
12iyun- S. 4.