Uşaq Muğam
Festivalı davam edir
Son zamanlar ölkəmizdə
qədim irsimizin öyrənilməsi və
təbliği ilə bağlı yüksək səviyyədə işlərin
aparılmasına diqqət
güclənmişdir.
Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun təşəbbüsü ilə görkəmli
muğam ustalarımızın antologiyasının
işıq üzü görməsi, ölkə Prezidenti cənab
İlham Əliyevin təşəbbüsü ilə
respublikada Muğam Mərkəzinin yaradılması deməyə
əsas verir ki, bu işlərin regionlarda da aparılması
üçün yerli təşkilatların diqqətinə
ehtiyac var.
II Beynəlxalq
Uşaq Muğam Festivalının təşkili və
keçirilməsi ilə bağlı Türkiyə, Hindistan,
Özbəkistan və Türkmənistan respublikalarının
əlaqədar qurumları ilə aparılan
danışıqlar və yazışmalar öz bəhrəsini
verməkdədir. Bu ölkələrdən 2010-cu ilin oktyabr ayında
R.Behbudov adına Dövlət Mahnı
Teatrında final mərhələsi ilə başa
çatacaq, yuxarıda adıçəkilən festivalda
iştirak edəcək nümayəndə heyətlərinin,
artıq beynəlxalq statusu almış birgə layihəyə
qatılacaqları öz təsdiqini tapmışdır.
Bölgələr üzrə
yaradıcı qrupla birgə gənc istedadların seçiminə
2010-cu ilin may ayından start verilib. Belə ki,
respublika Gənclər və İdman Nazirliyinin dəstəyi
ilə təşkilat komitəsi fəaliyyətə
başlayıb. Bütün seçmə turlar və
final mərhələsi İctimai Televiziya və Radio
Yayımları Şirkətinin "Təşkilat Komitəsi"nə
daxil edilmiş yaradıcı qrupu tərəfindən ətraflı
surətdə işıqlandırılır (1-ci seçim
turu Qarabağ zonası üzrə Ağcabədidə
keçirilib, növbəti turun Şirvan zonası üzrə
Qəbələ rayonunda keçirilməsi nəzərdə
tutulur. Daha sonra Gəncə və Bakı mərhələləri
iş planına daxildir).
"Kainat" Gənclik Mərkəzi
bu il də istedadların üzə
çıxmasında bütün mövcud imkanlardan istifadəyə
etməyə çalışır. Təşkilat
komitəsi və onun işçi qrupunun üzvləri II Beynəlxalq
Uşaq Muğam Festivalının uğurla başa
çatacağına ümid bəsləyir.
Azərbaycan.- 2010.- 12
iyun- S. 7.