Ulu öndər Heydər Əliyevin ideyaları əbədidir

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.

DİA-dan bildirmişlər ki, rektor, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışmışdır. Xatırlatmışdır ki, müstəqil dövlətimizin yaranması və inkişafı ulu öndərin adı və fəaliyyəti ilə bağlıdır.

1988-1992-ci illərdə ölkəmizin parçalanmaq təhlükəsi ilə üzləşdiyini bildirən rektor, 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan qüdrətli şəxsiyyət Heydər Əliyevin misilsiz xilaskarlıq rolunu vurğulamışdır.

Professor S.Qəndilov müdrik dövlət xadimi Heydər Əliyevin əbədiyaşar ideyalarının əhəmiyyətindən bəhs edərək, dahi rəhbərin məqsədyönlü siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.

Sonra ümummilli liderə həsr olunmuş şeirlər söylənmiş, mahnılar ifa edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  13 iyun- S.  4.