Ulu öndər Heydər Əliyevin
siyasi arenaya dönüşü milli qurtuluş tariximizin əsasını
qoydu
İyunun 12-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri, tarix elmləri doktoru Təvəkkül Səlimov həmin dövr respublikanın daxilində və xaricində yaranmış mürəkkəb vəziyyət, ulu öndərin Azərbaycan xalqının xilaskarı rolu, onun müstəqilliyinin qoruyucusu olması, ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışının tarixi zəruriliyi, ulu öndərlə şəxsi görüşləri ilə bağlı xatirələrini danışmışdır.
Bildirilmişdir ki, 1993-cü ilin iyun ayında xalqımız zamanın daha bir ağır sınağı ilə - Azərbaycan Respublikasının və xalqımızın milli varlığının, dövlətçiliyinin məhv olması təhlükəsi ilə qarşılaşmışdır. Azərbaycanın müstəqilliyi üçün ağır sınaqlar dövründə xalqımız bütün ümidlərini bağladığı ulu öndər Heydər Əliyevə hərtərəfli dəstək verdi, Vətənimizin suverenliyinin möhkəmləndirilməsi, qardaş qanının axıdılmasının qarşısının alınması üçün ona üz tutdu. Ümummilli liderin siyasi arenaya dövlət başçısı kimi dönüşü milli qurtuluş tariximizin əsasını qoydu. Bundan sonra əldə etdiyimiz bütün uğurlar tarixə qızıl hərflərlə yazılmış təntənəli bir günün məntiqi nəticəsidir.
Bu tarixi hadisələrin 17-ci ildönümü Polis Akademiyasında silsilə tədbirlərlə qeyd edilmişdir. 1993-cü ilin iyun hadisələri barədə müdavimlərə müvafiq məlumatların çatdırılması məqsədi ilə yataqxanalarda Milli Qurtuluş Gününə həsr olunmuş stendlər və materiallar yerləşdirilmiş, söhbətlər aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 13 iyun- S.
2.