Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları Heydər Əliyev Fondunda olmuşlar

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar iyunun 12-də Heydər Əliyev Fondunda olmuşlar.

Qonaqlara fondun tarixi və fəaliyyəti barədə məlumat verilmişdir.

Bildirilmişdir ki, əsas məqsədi ulu öndərin zəngin irsinin öyrənilməsi və təbliği olan fond yarandığı gündən səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdə bir sıra layihələr həyata keçirmişdir.

Qonaqlar ümummilli liderin şəxsi arxivindən götürülmüş eksponatlara, təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlara, təltif olunduğu müxtəlif ordenmedallara baxmışlar. Ulu öndərin Bakıda, Naxçıvanda, Moskvada yaşadığı, işlədiyi illər, hakimiyyəti dövrlərində ölkənin müxtəlif sahələrində qazanılan uğurlar, həyata keçirilən layihələr fondun ziyarətçilərində böyük maraq doğurmuşdur.

Qeyd edilmişdir ki, Azərbaycanın ən yeni tarixinin yaradıcısı və qurucusu - ümummilli liderin rəhbərliyi dövründə ölkə həyatının bütün sahələrində mühüm nailiyyətlər əldə olunmuşdur. Ulu öndərin ölkəyə rəhbərlik etdiyi dövr tariximizə sabitlikinkişaf dövrü kimi daxil olmuşdur.

Fondun ziyarətçiləri ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən "Böyük ömrün anları" filminə də maraqla baxmışlar.

Komitənin əməkdaşları fonda xatirə hədiyyələri təqdim etdilər.

Qonaqlar fonddan zəngin təəssüratla ayrılmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 13 iyun- S.  7.