Çin münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə üstünlük verir

 

İyunun 16-da Baş nazir Artur Rasizadə ölkəmizdə səfərdə olan ÇXR KP MK Siyasi Bürosu Daimi Komitəsinin üzvü, KP Mərkəzi Komissiyasının intizam yoxlaması üzrə katibiQotsyanla görüşmüşdür.

Baş nazir nümayəndə heyətinin üzvləri ilə tanışlıqdan sonra demişdir ki, bu səfər ölkələrimizin bütün sahələrdə qarşılıqlı faydalı münasibətlərinin inkişafında yeni mərhələ olacaqdır. Mənim fikrimcə, bu gün ÇininÇin dilinin öyrənilməsi işi gücləndirilməlidir. Bizdə bu sahədə artıq ilk addımlar atılmışdır. Bəzi ali məktəblərimizdə Çin dilinin öyrənildiyi qruplar vardır.

A.Rasizadə daha sonra Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsində dəyişməz mövqeyinə görə ÇXR rəhbərliyinə minnətdarlığını bildirmiş, ölkəmizin iqtisadiyyatının vəziyyəti haqqında qonaqlara məlumat vermişdir. Xüsusi vurğulanmışdır ki, ötən il dünyada baş verən qlobal maliyyə-iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatında 9,3 faiz artım əldə edilmişdir. İnfrastrukturun inkişafı üçün çox böyük, beynəlxalq səviyyəli investisiya proqramları icra olunmuşdur və hazırda bu davam etdirilir. Əlbəttə, neft-qaz sənayesində, enerji ehtiyatlarının dünya bazarına çıxarılması sahəsində daha çox uğur qazanılmışdır. Lakin digər ölkələr kimi, Azərbaycanın da çətinlikləri vardır. Ən böyük problemimiz isə 20 ildən bəri davam edən Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmamasıdır. Baş nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti, onun doğurduğu fəsadlar, problemin nizamlanmasında Azərbaycan rəhbərliyinin mövqeyi, Ermənistan tərəfin qeyri-konstruktivliyi haqqında qonaqlara məlumat vermişdir.

Qotsyan səmimi qəbul və ətraflı məlumat üçün təşəkkür etdikdən sonra ölkəsinin hökumət başçısının salamlarını Baş nazirə çatdıraraq demişdir ki, Azərbaycanın siyasi sabitliyini, iqtisadi inkişafını, xalqın rifahının yaxşılaşdırılması üçün görülən işləri, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsini yüksək qiymətləndiririk. Çin ilə Azərbaycanı ənənəvi tarixi dostluq birləşdirir. Hələ iki min il bundan əvvəl "Böyük İpək yolu" qədim Çin ilə Azərbaycanı əlaqələndirmişdir. Ölkələrimiz arasında diplomatik əlaqələr qurulduqdan sonra bu münasibətlər daha da inkişaf edir. Ali rəhbərlik səviyyəsində sıx əlaqələr mövcuddur, siyasi münasibətlərdə qarşılıqlı etimad hökm sürür.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin mövqeyi ilə razılaşan qonaq vurğulamışdır ki, Çin Azərbaycanın ərazi bütövlüyünü, münaqişəni sülh yolu ilə həll etmək istəyini dəstəkləyir, məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə üstünlük verir.

Sonra Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası hökumətləri arasında texniki-iqtisadi əməkdaşlıq haqqında saziş imzalanmışdır. Sazişi Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev, Çin tərəfdən kommersiya nazirinin müavini Qao Xiçen imzalamışlar.

İmzalanma mərasimində Xı QotsyanBaş nazirin müavini Abid Şərifov iştirak etmişlər.

Sazişə əsasən ÇXR Azərbaycan Respublikasına 20 milyon yuan məbləğində əvəzsiz yardım ayıracaqdır.

 

 

AzərTAc 

 

Azərbaycan.- 2010.- 17 iyun- S.  1.