Azərbaycan Memarlıq və İnşaat Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycanda memarlıq inşaat sahəsində kadrların yetişdirilməsində böyük xidmətləri olan Azərbaycan Memarlıq İnşaat Universitetinin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə qərara alıram:

1. Azərbaycan Memarlıq İnşaat Universitetinin binasının əsaslı təmiri yenidən qurulması üçün Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyun 2010-cu il

 

Azərbaycan.- 2010.- 17 iyun.- S.  1.