Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq bütün sahələrdə geniş perspektivlərə malikdir

 

İyunun 15-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Pakistanda səfərdə olmuşdur.

Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, E.Məmmədyarov Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi və Senatın sədri Faruq Həmid Naek ilə görüşmüş, ölkəmizin Pakistandakı yeni səfirlik kompleksinin rəsmi açılış mərasimində iştirak etmişdir.

Pakistanın Xarici İşlər Nazirliyində keçirilən görüşdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilmişmövcud əməkdaşlığın bütün sahələrdə geniş perspektivlərə malik olduğu diqqətə çatdırılmışdır. Görüşdə Azərbaycan və Pakistan arasında əlaqələrin dərin tarixi köklərə malik olması vurğulanmış, hər iki ölkənin rəhbərliyi tərəfindən bu əlaqələrə xüsusi diqqət yetirildiyi qeyd edilmiş, habelə müxtəlif məsələlərə münasibətdə iki ölkənin bir-birinə göstərdiyi qarşılıqlı dəstək yüksək qiymətləndirilmişdir.

Nazir M.Qureyşi Pakistan-Azərbaycan siyasi münasibətlərini yüksək qiymətləndirmiş, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini bildirmişdir. Pakistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı dəstəklədiyini qeyd edən nazir, ölkəsinin bundan sonra da bu mövqedə qalacağını və bütün beynəlxalq təşkilatlarda məsələ ilə bağlı tələb olunan dəstəyin veriləcəyini vurğulamışdır. Nazir M.Qureyşi Azərbaycan tərəfinə Pakistanı Kəşmir məsələsində dəstəklədiyinə görə minnətdarlığını bildirmişdir.

Nazir E.Məmmədyarov Azərbaycan və Pakistan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunubundan səmərəli istifadənin ölkələrarası münasibətlərin dərinləşməsinə daha da təkan verəcəyini demişdir.

Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın ədalətli mövqeyinin Pakistan tərəfindən dəstəklənməsinin yüksək qiymətləndirildiyini vurğulamışdır.

E.Məmmədyarov Azərbaycan ilə Pakistanın bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini xüsusi vurğulayaraq, Azərbaycanın Kəşmir məsələsində BMT-nin müvafiq qətnamələrinin yerinə yetirilməsinin tərəfdarı olduğunu da demişdir.

Söhbət zamanı ölkələr arasında iqtisadi əlaqələrin aşağı səviyyədə olması qeyd edilmiş, onun siyasi əlaqələr səviyyəsinə qaldırılması və bunun üçün hökumətlərarası komissiyanın işindən səmərəli istifadə olunmasının vacibliyi bildirilmişdir.

Görüşdə, həmçinin regionda baş verən proseslər, ikitərəfli və çoxtərəfli münasibətlərə dair qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

Həmin gün nazir E.Məmmədyarov Pakistan Senatının sədri Faruq Həmid Naek ilə görüşmüşdür. Senatın sədri xalqlarımız arasında oxşarlıq olduğunu qeyd etmiş, ölkələrimizin münasibətlərinin getdikcə genişləndiyini və bu baxımdan Azərbaycan və Pakistan rəsmilərinin qarşılıqlı səfərlərinin böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Nazir E.Məmmədyarov parlamentlərarası əlaqələrin vacibliyini vurğulamış, deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd etmişdir. Keçən il Pakistanın Kəşmir vilayətində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 400 nəfərlik orta məktəb binasının açılışında Azərbaycan parlamentinin bir qrup deputatının iştirakı bu əlaqələrin vacibliyininintensivliyinin əyanı sübutu kimi qiymətləndirilmişdir.

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı və qayğısı ilə İslamabadın diplomatik şəhərciyində 2007-ci ildə inşasına başlanmış və 2009-cu ilin noyabrında istifadəyə verilmiş səfirlik kompleksinin rəsmi açılışında iştirak etmişdir.

E.Məmmədyarov rəmzi açılışı bildirən lenti kəsmiş, ümummilli lider Heydər Əliyevin səfirliyin foyesində ucaldılmış büstü önünə gül çələngi qoymuşdur.

Tədbirdə deputatlar, senatorlar, ölkənin tanınmış ziyalıları, dövlət və hökumət adamları, ölkədə fəaliyyət göstərən səfirlik və nümayəndəliklərin rəhbərləri, diplomatlar, ictimai xadimlər və mətbuat nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan ölkəmizin Pakistandakı səfiri Eynulla Mədətli, 15 İyun - Milli Qurtuluş Günündə - böyük lider Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyi gündə rəsmi açılış mərasiminin keçirilməsinin təsadüfi olmadığını ifadə etmişdir. Səfirlik kompleksinin Prezident İlham Əliyevin dəstəyi və qayğısı, xarici işlər nazirinin gündəlik diqqəti nəticəsində tikilərək başa çatdırıldığını vurğulayan səfir, kollektiv adından bu rahat və yaşayış şəraitinin yaradılmasına görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.

Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov və Pakistanın xarici işlər nazirliyinin dövlət naziri, nazir müavini Novabzada Malik Amad Xan çıxış etmişlər.

Qeyd olunmuşdur ki, səfirlik kompleksi inzibati bina, iqamətgah, əməkdaşların yaşayış binası, qonaq evləri, mərasimlər salonu, idman otaqlarından və s. ibarətdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 17 iyun- S.  2.