Azərbaycan ilə NATO arasında
münasibətlərin inkişafı ilə bağlı məsələlər
müzakirə olunmuşdur
Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov ölkəmizdə işçi səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons ilə görüşmüşdür.
Eldar Mahmudov NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planının müvəffəqiyyətlə həyata keçirildiyini və ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini bildirmişdir. Nazir bu işdə Prezident İlham Əliyevin beynəlxalq strukturlar ilə əlaqələrin, ümumən tərəfdaşlıq münasibətlərinin daim inkişaf etdirilməsi, həmçinin NATO ilə əməkdaşlığın daha da intensivləşdirilməsi və Avratlantik məkana inteqrasiyanın gücləndirilməsi üzrə qəbul etdiyi qərarların, verdiyi müvafiq göstərişlərin mühüm rol oynadığını qeyd etmişdir.
Azərbaycana səfəri çərçivəsində aparılan müzakirələrin nəticələrindən razı qaldığını söyləyən Robert Simmons, Azərbaycanın Fərdi Tərəfdaşlıq Əməliyyat Planının icrası, eləcə də təhlükəsizlik məsələləri üzrə Milli Təhlükəsizlik Nazirliyinin gördüyü işlərin mühüm əhəmiyyət kəsb etdiyini və bütün bunlar barədə təmsil olunduğu təşkilatın məlumatlı olduğunu, gələcək əməkdaşlıq üçün imkanların genişləndiyini vurğulamışdır.
Səmimi və
işgüzar şəraitdə keçən
görüşdə Azərbaycan ilə NATO arasında
münasibətlərin ardıcıl inkişafı ilə
bağlı digər məsələlər də müzakirə
edilmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 17 iyun- S.
2.