"Azərbaycan Televiziya
və Radio Verilişləri" QSC-də
Televiziya və Radio
Akademiyasının təntənəli açılış
mərasimi keçirilmişdir
"Azərbaycan
Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətində
Televiziya və Radio Akademiyasının təntənəli
açılış mərasimi keçirilmişdir.
Çox qısa müddətdə
Televiziya və Radio Akademiyasının müasir standartlara
cavab verən maddi-texniki bazası
formalaşdırılmışdır. Azərbaycan Radiosunun
binasında yerləşən akademiyada çəkiliş və
montaj avadanlığı quraşdırılmış,
çəkiliş pavilyonları və səsyazma studiyası
yaradılmışdır.
Akademiyanın
yaradılmasından məqsəd ali təhsil bazası əsasında
peşəkar teleradio mütəxəssislərinin
hazırlanması, əməkdaşların
ixtisaslarının təkmilləşdirilməsidir.
Yerli alim və mütəxəssislərlə yanaşı, Türkiyə, Rusiya, Avropa ölkələri, eləcə də ABŞ-dan tanınmış telemütəxəssislərin dərs demək üçün akademiyaya dəvət olunması, gələcək müdavimlərin təcrübə mübadiləsini həmin ölkələrdə keçməsi nəzərdə tutulur. Tədrisin 2010-cu ilin sentyabrından başlanması planlaşdırılır.
Xatırladaq ki, Etibar Babayev Televiziya və Radio Akademiyasının rektoru təyin edilmişdir.
Azərbaycan.- 2010.- 17 iyun- S.
4.