Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Suraxanı Rayon İcra Hakimiyyəti "15 iyun - Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir" mövzusunda konfrans keçirmişlər

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, Suraxanı Rayon İcra Hakimiyyəti Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş "15 iyun - Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir" mövzusunda konfrans keçirmişdir.

Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə gül dəstələri düzmüşlər. Sonra iştirakçılar Heydər Əliyev Mərkəzi ilə tanış olmuş, "Millətin atası" filminə baxmışlar.

Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov demişdir ki, xalqın ən ağır günlərində - 1993-cü ilin iyununda hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu qətiyyətlə söndürmüş, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsinə, ictimai-siyasi sabitliyin tam bərpasına, qanunçuluğunhüquq qaydalarının möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkəsə nail olmuşdur.

Vətənini, xalqını sevən, çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevdir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov qanunvericiicra orqanlarının belə bir formatda tədbir keçirməsini, ulu öndərin zəngin irsinin öyrənilməsi və təbliği məqsədilə yaradılan Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin dahi şəxsiyyətə olan məhəbbətin bariz nümunəsi kimi qiymətləndirmişdir. Natiq qeyd etmişdir ki, tarixə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun təkcə dövlətçiliyimizin xilası deyil, eyni zamanda Azərbaycanın gələcəyini müəyyənləşdirmişdir.

Milli Məclisin deputatları Musa Quliyev, Fəzail Ağamalı, Rəfael Cəbrayılov, Azay Quliyev çıxışlarında qeyd etmişlər ki, milli dövlətçiliyin qorunub saxlanması, möhkəmlənməsi, dünya birliyində öz layiqli yerini tutması ulu öndərin fəaliyyətində prioritet istiqamət olmuşdur.

Sonda İlqar Abbasov vurğulamışdır ki, ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycan bu gün reallığa çevrilmişdirPrezident İlham Əliyevin rəhbərliyi altında inamla daha yüksək inkişafa doğru addımlayır.

 

 

Azərbaycan.- 2010.- 17 iyun- S.  6.