Azərbaycan Prezidenti
İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini
və ATƏT-in hazırkı sədrinin xüsusi
nümayəndəsini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Sankt-Peterburqda onun üçün ayrılmış iqamətgahda ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bratkeni (ABŞ), Bernar Fasyeni (Fransa), İqor Popovu (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 18 iyun- S.
1.