Heydər Əliyev Fondu
ilə tanışlıq
Səudiyyə Ərəbistanı Krallığı Şura Məclisinin nümayəndə heyəti iyunun 17-də Heydər Əliyev Fondunda olmuşdur.
Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş eksponatlar haqqında ətraflı məlumat verilmişdir.
Bildirildi ki, bugünkü qüdrətli və zəngin Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yol ilə uğurla irəliləyir. Müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyev azərbaycanlıların milli qürur və iftixar mənbəyinə çevrilmiş, xalqımızın ümummilli lideri adını qazanmışdır. Ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixində ən şərəfli səhifələrdən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin müəyyənləşdirdiyi siyasətin bəhrələridir.
Qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin
həyatının ən müxtəlif məqamlarını əks
etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş
təsəvvür yaradan çoxlu
sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin verdikləri hədiyyələrlə,
ulu öndərə həsr
olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət
və incəsənət xadimlərinin müstəqil Azərbaycan
dövlətinin qurucusu haqqında fikirləri
ilə tanış oldular, müxtəlif
ölkələrin liderləri ilə görüşlərdə
çəkilmiş şəkillərə maraqla
baxdılar.
AzərTAc
Azərbaycan.- 2010.- 18 iyun- S.
2.