ATXƏM 15 İyun - Milli Qurtuluş Gününü Xocavənd rayonunda qaçqınlarla birlikdə qeyd etmişdir

 

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Xocavənd Rayon İcra Hakimiyyəti ilə birlikdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirmişdir.

Tədbiri giriş sözü ilə açan Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Milli Qurtuluş Günü münasibətilə iştirakçıları təbrik etmişdir. E.Hüseynov bildirmişdir ki, 1988-1993-cü illərdə ölkəmizdə baş alıb gedən xaosanarxiyaya 15 iyunda ümummilli liderimizin hakimiyyətə qayıdışından sonra son qoyulmuşbütün sahələrdə quruculuq işlərinə başlanılmışdır.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev tədbirdə çıxış edərək demişdir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra 1993-cü ilin iyun ayına qədər ciddi problemlər yaşayan, daxili çəkişmələrin geniş vüsət aldığı, vətəndaş müharibəsi ilə üz-üzə qalan, xaos və özbaşınalıqların hökm sürdüyü bir ölkəyə çevrilmişdi. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən gəlməsi bütün bu problemlərə və özbaşınalıqlara son qoydu, böyükmüdrik siyasəti ilə xalqın dəstəyini qazanan ulu öndər dövlət müstəqilliyimizi məhv olmaq təhlükəsindən xilas etdi.

Rusiyanın Taqanroq şəhərindən qonaq qismində tədbirə qatılan yazıçı Aleksandr Fomenkov çıxışında ötən əsrin 90-cı illərində Azərbaycanda baş verən hadisələrə diqqət çəkmiş, bu qarşısıalınmaz proseslərə Heydər Əliyevin müdaxiləsindən və onun proseslərə təsir imkanlarından geniş danışmışdır. A.Fomenkov erməniləri Azərbaycanın tarixi ərazilərinə əsassız iddialardan əl çəkməyə çağırmış, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu vurğulamışdır.

ATXƏM-in sədri İlham İsmayılov ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə milli mənəvi dəyərlərimizin bərpa olunduğunu bildirmiş, ümummilli liderin qətiyyəti, apardığı uğurlu daxilixarici siyasət sayəsində ölkəmizin xaosdan xilas edildiyini, sivil, demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandığını qeyd etmişdir.

Tədbir ATXƏM-in mədəniyyət departamentinin və Xocavənd Rayon Mədəniyyət və Turizm İdarəsinin təşkil etdiyi konsert proqramı ilə davam etmiş, möhtəşəm atəşfəşanlıqla başa çatmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 18 iyun- S.  2.