Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı "Qanın milləti yoxdur" aksiyası keçirmişdir

 

Leyla Əliyevanın başçılıq etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) növbəti dəfə "Qanın milləti yoxdur" xeyriyyə aksiyası keçirmişdir.

RAGT artıq üçüncü ildir İ.M.Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin Azərbaycanlı Gənclər Klubunun dəstəyi ilə "Qanın milləti yoxdur, həyat bəxş et - donor ol!" devizi altında xeyriyyə aksiyası təşkil edir. Aksiya azərbaycanlı tələbə klubları üzvlərinin iştirakı ilə universitetin həmvətənimiz Əliheydər Rəhimovun başçılıq etdiyi Kliniki transfuziologiyahematologiya kafedrasında baş tutmuşdur.

Xeyriyyə aksiyasında 60-dan çox azərbaycanlı tələbə iştirak etmişdir. Dünya Qan Donoru Gününə həsr olunmuş aksiyaya ilk dəfə Kaluqa vilayətindəki azərbaycanlı gənclər klubunun nümayəndələri də qatılmışlar.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2010.- 18 iyun- S.  4.