Vatikanın mədəniyyət üzrə
Pantifik Şurasının nümayəndə heyəti Heydər Əliyev Fondunda
olmuşdur
İyunun 17-də
Vatikanın mədəniyyət üzrə Pantifik
Şurasının ölkəmizdə səfərdə olan
prezidenti, arxiyepiskop Canfranko Ravazinin başçılıq
etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda
olmuşdur.
Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş eksponatlar haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond təhsil, səhiyyə, elm və digər sahələrdə genişmiqyaslı layihələr həyata keçirir.
Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.
Qonaqlar görkəmli şəxsiyyətin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərlə, ulu öndər haqqında kitablarla tanış olmuşlar. Heydər Əliyevin 1997-ci ildə İtaliyaya rəsmi səfəri zamanı Vatikanda Papa II İohann Pavel ilə şəkli maraqla qarşılanmışdır.
Sonda
arxiyepiskop Canfranko Ravazi Fondun Xatirə kitabına ürək
sözlərini yazmışdır.
Azərbaycan.- 2010.- 18 iyun- S.
4.