Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland KobiaBelçika Krallığının Azərbaycan Respublikasındakı səfiri Filippe Jottardla görüşmüşdür.

Ali Məclisin sədri qonaqların Naxçıvana səfərini Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasındakı qarşılıqlı əməkdaşlığın ifadəsi kimi dəyərləndirərək demişdir: Azərbaycan-Avropa İttifaqı əlaqələri genişsahəlidir. Bu əlaqələr Avropa İttifaqının qonşuluğunda yerləşən ölkələrlə, o cümlədən Azərbaycan Respublikası ilə iqtisadi inteqrasiyasiyasi əməkdaşlığın dərinləşdirilməsi üçün müxtəlif səviyyələrdə həyata keçirilir. Qarşılıqlı əlaqələrin yarandığı vaxtdan ötən qısa müddət ərzində demokratiya, insan hüquqları, sosial-iqtisadi islahatlar, iqtisadi əməkdaşlıq sahəsində bir neçə saziş, 2006-cı ildə isə enerji sahəsində əməkdaşlığa dair Anlaşma memorandumu imzalanmışdır. Bunlar Azərbaycanın Avropa İttifaqına inteqrasiyasına xidmət edən və əlaqələrimizi möhkəmləndirən sahələrdir.

Ali Məclisin sədri Belçika Krallığı ilə Azərbaycan Respublikası arasında əlaqələrin tarixinin 1995-ci ildən başlandığını, həmin ildən ölkəmizin Belçikadakı səfirliyinin, bu ölkənin Bakıdakı səfirliyinin isə 2007-ci ildə fəaliyyətə başladığını xatırlatmış, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində səfirliklərin böyük xidmətləri olduğunu vurğulamışdır.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland KobiaBelçika Krallığının Azərbaycan Respublikasındakı səfiri Filippe Jottard səfərlərinin Azərbaycanın bu qədim diyarı ilə tanışlıq xarakteri daşıdığını, Avropa İttifaqının Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlıq imkanlarının perspektivlərini müəyyən etməkdən ibarət olduğunu qeyd etmiş, muxtar respublikaya ilk səfərlərinin doğurduğu təəssüratlardan danışmış, səmimi görüşə görə minnətdarlıqlarını bildirmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 19 iyun- S.  2.