Ombudsmanların Beynəlxalq konfransında Bakı bəyannaməsi qəbul edilmişdir

 

İyunun 19-da Azərbaycanda İnsan Hüquqları Günü və "Ekologiya ili" münasibətilə "İnsan hüquqları və ətraf mühit: iqlim dəyişmələrinin hüquqi və etik aspektləri" mövzusunda Ombudsmanların VIII Bakı Beynəlxalq konfransı basa catmışdır. Konfransda Bakı bəyannaməsi qəbul edilmişdir.

Bəyannamədə ekoloji tarazlığın pozulması ilə bağlı insanı mümkün təhlükələrdən qoruyan yeni nəsil hüquqların (ekoloji hüquqlar toplusunun) formalaşması və təbliği, ekoloji hüquqların müdafiəsi sahəsində effektiv milli qanunvericilik aktlarının qəbul edilməsi, ekoloji hüquqların səmərəli müdafiəsi məqsədilə dövlət qurumları, vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın inkişaf etdirilməsi, hərbi münaqişələr və konfliktlərin qarşısının alınması, onların dinc yolla həll olunması üçün proqramların hazırlanması və digər problemlərin həlli məsələləri əks olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 20 iyun- S.  3.